Ev Hərbi XəbərlərƏraqçidən ABŞ-a sərt mesaj: Bu şərtlə danışıq olmayacaq

Əraqçidən ABŞ-a sərt mesaj: Bu şərtlə danışıq olmayacaq

by Baş Redaktor
46 Baxış

İran ABŞ ilə yekun razılaşma üzrə danışıqların başlanması üçün Vaşinqtonun təhdid ritorikasından imtina etməli olduğunu bəyan edib.

Army.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşım edib.

Əraqçi bildirib ki, ABŞ tərəfindən təzyiq və hədələrin davam etdiyi şəraitdə yekun saziş üzrə danışıqlara başlamaq mümkün deyil.

Nazir, həmçinin Anlaşma Memorandumunun 13-cü bəndinə istinad edərək, ABŞ-ı götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

banner

“Anlaşma Memorandumunun 13-cü bəndi tam aydındır. İmzanıza hörmət edin!” – deyə Əraqçi vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi