ABŞ ordusunun yaxın gələcəkdə Yəməndə husilərin “Ənsar Allah” hərəkatının mövqelərinə zərbələr endirməyəcəyi bildirilir.
Army.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp əvvəlcə husilərə qarşı hərbi əməliyyat keçirilməsinə qarşı olub. Lakin sentyabrın 17-də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud ilə telefon danışığından sonra əməliyyatın hazırlanması barədə göstəriş verib.
Lakin sentyabrın 20-də Tramp mövqeyini yenidən dəyişib.
“Yaxın gələcəkdə ABŞ husilərə qarşı hava zərbələri endirməyəcək”, – deyə mənbələr “The New York Times”a bildiriblər.
Nəşrin məlumatına görə, qərarın dəyişməsinin əsas səbəbi Yaxın Şərqdə yeni cəbhənin açılması ilə bağlı narahatlıqlardır.
