146
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın mətbuat qarşısında çıxışı zamanı Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyev ona telefonla zəng edib.
Army.az xəbər verir ki, Ermənistan KİV-in yaydığı məlumata görə, zəng Simonyanın brifinq keçirdiyi vaxta təsadüf edib.
Hələlik telefon danışığının hansı mövzu ətrafında baş tutduğu və tərəflərin nələri müzakirə etdiyi barədə ətraflı məlumat açıqlanmayıb.