Ev GündəmTehranda Netanyahuya bənzəyən mağaza sahibi gündəm oldu – Müştəriləri onu boykot edir

Tehranda Netanyahuya bənzəyən mağaza sahibi gündəm oldu – Müştəriləri onu boykot edir

by Baş Redaktor
50 Baxış

İranın paytaxtında çərəz və şirniyyat satışı ilə məşğul olan şəxsin İsrailin Baş naziri Benyamin Netanyahunu xatırlatması sosial mediada geniş müzakirələrə səbəb olub. Lakin bu oxşarlıq ona müştəri də itirdib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Mağazada çəkilən fotoların yayılmasından sonra bəzi istifadəçilər obyektin ünvanını öyrənməyə çalışıb, digərləri isə satıcının Netanyahuya bənzərliyi ilə bağlı zarafatlar ediblər.

Ancaq bu oxşarlıq mağaza sahibinə yalnız maraq qazandırmayıb. Bəzi iranlılar onu boykot etməyə və mağazasından alış-veriş etməməyə çağırıblar.

banner

Əlaqəli Yazılar Xüsusi