Ev GündəmMakronun qatıldığı tədbirdə fəxri qarovul üzvləri huşunu itirdi

Makronun qatıldığı tədbirdə fəxri qarovul üzvləri huşunu itirdi

by Baş Redaktor
54 Baxış

Fransa Prezidenti Emmanuel Makronun qatıldığı rəsmi tədbir zamanı Yelisey Sarayında qeyri-adi hadisə yaşanıb. Fəxri qarovulda xidmət edən iki hərbçi mərasim əsnasında huşunu itirərək yerə yıxılıb.

Army.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.

Hadisə noyabrın 11-də Slovakiya Prezidenti Peter Pelleqrininin Fransa Prezidentinin iqamətgahına rəsmi səfəri çərçivəsində təşkil olunan qarşılanma mərasimində qeydə alınıb.

Qəzetin yazdığına görə, ilk olaraq qarovulda dayanan hərbçilərdən birinin halı pisləşib. O, müvazinətini itirərək əlindəki qılıncı aşağı salıb və yerə yıxılıb. Hadisəni görən Emmanuel Makron və mərasimdə iştirak edən digər şəxslər dərhal ona yardım göstərməyə çalışıblar.

banner

Bundan qısa müddət sonra qarovulun digər üzvü də qəfil huşunu itirərək yerə düşüb.

Əlaqəli Yazılar Xüsusi