Ev DünyaKallas: Aİ Ukraynada “Starlink”i əvəz edə bilməz

Kallas: Aİ Ukraynada “Starlink”i əvəz edə bilməz

by Baş Redaktor
148 Baxış

Avropa İttifaqı yaxın müddətdə Ukraynada ABŞ-yə məxsus “Starlink” peyk rabitəsi sistemini əvəz etmək imkanına malik deyil.

Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ sammitinə gələrkən jurnalistlərə açıqlamasında bildirib.

Kallas “Starlink”in Ukrayna üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, hazırkı şəraitdə Avropa İttifaqının bu sistemi qısa müddətdə əvəz edə bilməyəcəyini qeyd edib.

Onun sözlərinə görə, sammit çərçivəsində ABŞ-nin hərbi sistemlərinə alternativ ola biləcək vacib müdafiə imkanlarının yaradılması məsələsi də müzakirə olunacaq.

banner

Əlaqəli Yazılar Xüsusi