Ukraynanın Xerson vilayətində səhər saatlarında baş verən Rusiya hücumu nəticəsində xəsarət alanların sayı 33 nəfərə yüksəlib.
Army.az xəbər verir ki, bu barədə Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şanko məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında qalan səkkiz nəfər xilas edilərək çıxarılıb. Hücum nəticəsində yaşayış evləri yararsız vəziyyətə düşən sakinlər müvəqqəti sığınacaqlarla təmin olunur. Bölgəni tərk etmək istəyənlərin isə digər regionlara köçürülməsi üçün tədbirlər görülür.