İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində Misirin xarici işlər naziri Bədr Əbdülatiflə bir araya gəlib.
Army.az xəbər verir ki, Əraqçi görüş barədə sosial media hesabında paylaşım edib.
Tərəflər arasında keçirilən müzakirələr zamanı İran-Misir münasibətlərinin hazırkı vəziyyəti, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.