Ev DünyaRusiya “zombi atəşləri” ilə üz-üzədir : Çətin vəziyyət yaranıb

Rusiya “zombi atəşləri” ilə üz-üzədir : Çətin vəziyyət yaranıb

by Baş Redaktor
49 Baxış

Rusiyada qarşıdan gələn yaz mövsümündə torf yanğınlarının yenidən alovlanması riski ilə bağlı xəbərdarlıq edilib.

Army.az xəbər verir ki, bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Qeyd edilib ki, isti və qarsız keçəcəyi proqnozlaşdırılan qış yeraltı yanğın ocaqlarının sönmədən qalmasına şərait yarada bilər.

“Zombi yanğınları” adlandırılan bu hadisə torf qatlarında baş verən və uzun müddət yerin altında tüstüləməyə davam edən yanğınlarla bağlıdır. Torf asanlıqla alışır və yanğın söndürüldükdən sonra belə, onun dərin qatlarında közərmə davam edə bilər. Yazda temperatur yüksəldikdə həmin ocaqlar yenidən alovlanaraq meşəlik ərazilərə yayıla bilər.

banner

Məlumata görə, Rusiyada bu cür yanğınların yayılma coğrafiyası ilə bağlı narahatlıqlar əvvəlki illərdə də gündəmə gəlib. 2025-ci ildə mütəxəssislər yanğınların Çukotka, Murmansk, Arxangelsk və Voloqda istiqamətində daha şimal ərazilərə yayıldığını qeyd ediblər.

Yakutiyada da torf qatlarının uzun müddət közərməsi problemi ilə mübarizə aparılıb. Yerli sakinlərin sözlərinə görə, hətta cari qış mövsümündə belə bəzi ərazilərdə tüstüləyən torf sahələri müşahidə olunub.

Əlaqəli Yazılar Xüsusi