Ev Hərbi XəbərlərNetanyahu düşmənlərinə xəbərdarlıq etdi: “Daha ağır zərbələr alacaqsınız”

Netanyahu düşmənlərinə xəbərdarlıq etdi: “Daha ağır zərbələr alacaqsınız”

by Baş Redaktor
32 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin mümkün təhlükələrə qarşı hərbi hazırlığının və müdafiə imkanlarının yüksək səviyyədə olduğunu bildirib.

Army.az xəbər verir ki, o, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin bazalarından birinə səfəri zamanı danışıb.

Netanyahu rəqiblərinə müraciət edərək İsraili sınağa çəkməmək barədə xəbərdarlıq edib və gələcəkdə mümkün hücumlara daha sərt cavab veriləcəyini bildirib:

“Düşmənlərimizə deyirəm: bizi sınağa çəkməyin. İndiyədək aldığınız zərbələrdən qat-qat daha ağır zərbələrlə üzləşəcəksiniz”.

banner

O, İsrail ordusunun əldə etdiyi nəticələri hərbi pilotların, hava qüvvələrinin və quru qoşunlarının şəxsi heyətinin fəaliyyəti ilə əlaqələndirib. Netanyahu ölkəsinin özünü müdafiə etməkdə qətiyyətli olduğunu da əlavə edib.

Əlaqəli Yazılar Xüsusi