Ev DünyaFransada iğtişaşlar davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər

Fransada iğtişaşlar davam edərsə, fövqəladə vəziyyət elan oluna bilər

by Baş Redaktor
71 Baxış

Fransanın Baş naziri Sebastyan Lekornyu ölkədə iğtişaşların davam edəcəyi təqdirdə fövqəladə vəziyyət rejiminin tətbiqinin mümkün olduğunu bildirib.

Army.az xəbər verir ki, hökumət başçısı bu barədə baş verən hadisələrlə bağlı yaradılmış böhran qərargahının iclasından sonra danışıb.

Lekornyu asayişin bərpasının hökumət üçün prioritet olduğunu vurğulayıb. Onun sözlərinə görə, fövqəladə vəziyyət ciddi tədbir hesab olunur və yalnız zərurət yaranacağı təqdirdə tətbiq edilə bilər.

Baş nazir hazırkı şəraitdə komendant saatının daha məqsədəuyğun variant ola biləcəyini də qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi