Ev DünyaPaşinyandan çağırış: Seçki hüquqları pozulan vətəndaşlar etiraz etsin

Paşinyandan çağırış: Seçki hüquqları pozulan vətəndaşlar etiraz etsin

by Baş Redaktor
57 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan seçki hüquqlarının pozulduğunu və qanunsuz təzyiqlərlə üzləşdiyini bildirən vətəndaşları etiraz aksiyalarına qoşulmağa çağırıb.

Army.az xəbər verir ki, hökumət başçısı bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.

Paşinyan seçki hüquqları məhdudlaşdırılan və qanunsuz müdaxilələrə məruz qalan şəxslərin öz etirazlarını açıq şəkildə ifadə etmələrinin vacibliyini vurğulayıb.

O, qarşıdakı bələdiyyə seçkilərində mümkün seçki saxtakarlıqlarına qarşı şəxsən mübarizə aparacağını da bəyan edib. Baş nazir bu məsələdə öz siyasi komandasının üzvlərinə də güzəştə getməyəcəyini bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi