ABŞ Prezidenti Donald Tramp İranla hazırda hər hansı danışıqların aparılmadığını bildirib. O, eyni zamanda, yaxın vaxtlarda müəyyən hadisələrin baş verə biləcəyini qeyd edib.
Army.az xəbər verir ki, Tramp bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
ABŞ lideri Vaşinqtonla Tehran arasında danışıqların getmədiyini vurğulayaraq, yaxın zamanda vəziyyətlə bağlı yeni hadisələrin yaşana biləcəyini deyib. Onun sözlərinə görə, bir çoxları prosesin seçkilərdən sonraya təsadüf edəcəyini düşünür. Tramp isə hadisələrin necə inkişaf edəcəyini zamanın göstərəcəyini bildirib.