Ermənistanın Tavuş vilayətində aşkarlanan Azərbaycan vətəndaşı ilə bağlı rəsmi məlumat yayılıb.
Army.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə barədə yayılan xəbərləri təsdiqləyib.
Qurumun açıqlamasında qeyd olunub ki, 1968-ci il təvəllüdlü Yaşar Qasımov oktyabrın 19-da saat 17:50 radələrində vilayət ərazisində müəyyən edilib.
Məlumata əsasən, Tovuz rayonunun Çatax kəndində yaşayan Qasımovun sərhədi yolu azması nəticəsində keçdiyi müəyyənləşdirilib.
Ermənistan tərəfi onun Azərbaycana qaytarılması ilə bağlı müvafiq prosesin davam etdiyini bildirib.
