Ev Hərbi Xəbərlərİsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarını məhv edib

İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarını məhv edib

by Baş Redaktor
40 Baxış

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın hərbi qanadına məxsus silah anbarına hava zərbəsi endirib.

Army.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, anbarında avtomatlar, raketlər və raket buraxılış qurğuları da daxil olmaqla müxtəlif silahlar saxlanılıb.

İsrail ordusu radikal qruplaşmanın döyüş potensialını bərpa etməsinin və hərbçilərə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

banner

Əlaqəli Yazılar Xüsusi