Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüş keçirməyə hazır olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə o, “CNN Türk” telekanalına müsahibəsində danışıb.
Zelenski mümkün danışıqların təşkilində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyinin əhəmiyyətini vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, danışıqların başlanması üçün vaxt itirmədən konkret addımlar atılmalıdır. O, ilk növbədə Qara dənizdə təhlükəsizliyin təmin olunması ilə bağlı razılığın əldə edilməsini vacib sayır.
Zelenski Qara dənizdə təcili təhlükəsiz dəhlizin yaradılmasına çağırıb və hazırda dörd gəminin Rusiya hücumlarına məruz qaldığını iddia edib.
O qeyd edib ki, bu məsələləri Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfi ilə müzakirə edəcək. Görüşün formatı və vaxtı isə Türkiyə Prezidentinin qərarından asılı olacaq.
