Ev DünyaQətərdən ABŞ və İrana xəbərdarlıq: “İdeal razılaşmanı gözləmək olmaz”

Qətərdən ABŞ və İrana xəbərdarlıq: “İdeal razılaşmanı gözləmək olmaz”

by Baş Redaktor
61 Baxış

ABŞ və İran arasında qarşıdurmanın daha da dərinləşməsinin qarşısını almaq üçün tərəflər sülh razılaşması əldə etmək imkanından yararlanmalıdırlar.

Army.az xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani bildirib.

O, tərəflərin ideal razılaşma gözləməkdənsə, mövcud gərginliyi aradan qaldırmağa imkan verəcək real anlaşmaya üstünlük verməli olduğunu vurğulayıb.

“Biz heç vaxt mükəmməl sülh razılaşmasına nail ola bilməyəcəyik. Gərginliyi dayandıra biləcək yaxşı bir razılaşmadan imtina edib ideal məqamı gözləmək olmaz. Doha regionda vəziyyətin normallaşdırılması istiqamətində vasitəçilik səylərini davam etdirir”, – deyə Əl-Tani qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi