Ev DünyaMaduro Bibliya və Quran oxumağa başlayıb

Maduro Bibliya və Quran oxumağa başlayıb

by Baş Redaktor
127 Baxış

ABŞ-da həbsdə olan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun saxlanıldığı müddətdə dini və fəlsəfi mövzulara marağının artdığı bildirilir.

Army.az xəbər verir ki, keçmiş dövlət başçısı boş vaxtının əhəmiyyətli hissəsini Bibliya və Quranı mütaliə etməyə, eləcə də müxtəlif dini icmaların nümayəndələri ilə söhbətlərə ayırır.

“The New York Times” qəzetinin yaydığı informasiyada qeyd olunur ki, 63 yaşlı Maduro həbsxanada fəaliyyət göstərən dini xidmət əməkdaşları ilə müntəzəm görüşür. Onun söhbət etdiyi şəxslər arasında katolik din xadimi və ravvin də yer alır.

Məlumata əsasən, Maduronun həbs müddətində fiziki görünüşündə də dəyişikliklər müşahidə olunub və onun çəkisi xeyli azalıb. Bu vəziyyətin səbəblərindən biri kimi həbsxanada verilən yeməklərin keyfiyyəti göstərilir. Sabiq prezidentin qidalanma ilə bağlı dəfələrlə narazılığını ifadə etdiyi bildirilir. Qeyd olunur ki, o, həbs edilməzdən əvvəl xüsusi pəhriz rejiminə əməl edirmiş.

banner

Maduronun həyat yoldaşı Siliya Floresin səhhəti ilə bağlı vəziyyətin isə daha ciddi olduğu qeyd edilir. O da həyat yoldaşı ilə eyni Bruklin istintaq təcridxanasında saxlanılır.

Məhkəmə materiallarında Floresin 11 kiloqramdan artıq çəki itirdiyi göstərilir. Müdafiə tərəfi onun yay aylarında infarkt keçirmiş ola biləcəyini ehtimal edir. Bundan əlavə, Floresin üç ay ərzində təcridxananın təkadamlıq kamerasında saxlanıldığı bildirilir.

Əlaqəli Yazılar Xüsusi