Ev DünyaƏrdoğan Lyayeni “maşallah” deyərək qarşıladı – Dialoq diqqət çəkdi

Ərdoğan Lyayeni “maşallah” deyərək qarşıladı – Dialoq diqqət çəkdi

by Baş Redaktor
59 Baxış

Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Liderlər Sammiti baş tutub.

Army.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit öncəsi tədbirə qatılan dövlət və hökumət nümayəndələrini qarşılayıb.

Qarşılanma mərasimində Ərdoğanın Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşü və aralarında yaşanan səmimi dialoq xüsusi diqqət çəkib.

Türkiyə Prezidenti avropalı rəsmiyə ingilis dilində müraciət edərək “Good morning, maşallah. How are you?” (Sabahınız xeyir, maşallah. Necəsiniz?) sözləri ilə salam verib.

banner

Ursula fon der Lyayen isə özünü yaxşı hiss etdiyini bildirərək salamı cavablandırıb. Bundan sonra tərəflər arasında qısa söhbət baş tutub.

Əlaqəli Yazılar Xüsusi