Ev DünyaYaponiyadan ilginç addım: deputata qəribə icazə verildi

Yaponiyadan ilginç addım: deputata qəribə icazə verildi

by Baş Redaktor
47 Baxış

Yaponiyada peşəkar restler Billi Ken Kid Kavanişi yerli özünüidarəetmə orqanına üzv seçilib. Maraqlı məqam isə onun şura toplantılarında ənənəvi səhnə obrazının bir hissəsi olan maska ilə iştirak edə bilməsidir.

Army.az xəbər verir ki, “Osaka Pro Wrestling” təşkilatında çıxış edən 52 yaşlı idmançı oktyabrın 18-də baş tutan bələdiyyə seçkilərində qalib gələrək deputat mandatı əldə edib.

Seçkiqabağı təbliğat müddətində də maskasını çıxarmayan Kavanişinin rəsmi şura iclaslarında eyni görünüşdə iştirak edib-etməyəcəyi sual doğurub.

Yerli qanunvericilikdə və şuranın daxili qaydalarında üzün maska ilə örtülməsini qadağan edən konkret müddəanın olmaması məsələnin müzakirəyə çıxarılmasına səbəb olub. Aparılan müzakirələrdən sonra fraksiyaların əksəriyyəti restlerin maska ilə iclaslarda iştirak etməsinə razılıq verib.

banner

Əlaqəli Yazılar Xüsusi