Ev DünyaTürkiyə-Ermənistan sərhədində dəmir yolu ilə bağlı mühüm addım

Türkiyə-Ermənistan sərhədində dəmir yolu ilə bağlı mühüm addım

by Baş Redaktor
70 Baxış

Türkiyənin Ermənistanla sərhədində dəmir yolu infrastrukturunun bərpası istiqamətində aparılan işlərə yerli rəsmilər tərəfindən baxış keçirilib.

Army.az xəbər verir ki, “Ermenihaber”in məlumatına görə, Akyaka rayonunun rəhbəri İsmayıl Dəmirtaş Qars Vilayət Şurasının sədri Fuad Arslanla birlikdə sərhədyanı əraziyə gedərək tikinti prosesinin gedişi ilə maraqlanıb.

Səfər zamanı Dəmirtaş layihəni icra edən şirkətin nümayəndəsi ilə görüşüb. Ona dəmir yolunun tikintisində görülən işlər, hazırkı vəziyyət və növbəti mərhələlər barədə məlumat verilib. Rəsmilər ərazidə aparılan işləri yerində izləyib, məsul şəxslərlə fikir mübadiləsi aparıblar.

Nəşr qeyd edir ki, uzun illərdir fəaliyyət göstərməyən Akyaka sərhəd-keçid məntəqəsinin və dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi bölgə sakinlərinin diqqət mərkəzindədir.

banner

Əlaqəli Yazılar Xüsusi