Ev DünyaPeskovdan NATO ilə bağlı açıqlama: “Rusiya belə tələb irəli sürməyib”

Peskovdan NATO ilə bağlı açıqlama: “Rusiya belə tələb irəli sürməyib”

by Baş Redaktor
59 Baxış

Rusiya tərəfi Finlandiyanın NATO üzvlüyünə son qoyulması ilə bağlı heç bir tələb irəli sürməyib. Kreml belə bir məsələnin Əbu-Dabidə baş tutan danışıqlarda müzakirə olunmadığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, NATO üzvü olan ölkələrin alyansı tərk etməsi məsələsi danışıqların gündəliyinə daxil edilməyib.

“Belə bir tələbdən xəbərim yoxdur. Heç bir tələb irəli sürülməyib. Bu mövzunun müzakirə olunmadığı aydındır”, – Peskov bildirib.

banner

Qeyd edək ki, Almaniyanın “Bild” nəşri daha əvvəl Rusiya nümayəndə heyətinin Əbu-Dabidə Ukrayna ilə bağlı aparılan danışıqlarda Finlandiyanın NATO-dan çıxmasını, həmçinin alyansın Baltikyanı ölkələrdə yerləşən hərbi bazalarını boşaltmasını tələb etdiyini iddia etmişdi.

Əlaqəli Yazılar Xüsusi