Ev DünyaTramp saatlarla qışqırıb – İranla müharibədə nələr yaşandı?

Tramp saatlarla qışqırıb – İranla müharibədə nələr yaşandı?

by Baş Redaktor
70 Baxış

“Məsləhətçilər ABŞ Prezidenti Donald Trampdan susmasını xahiş edir, lakin o, buna məhəl qoymur”.

Army.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Bildirilir ki, Trampın yaxın ətrafı onun ziddiyyətli açıqlamalarına görə daha az müsahibə verməsini istəyir.

O, qısa müddətlik bununla razılaşsa da, yenidən əvvəlki üslubuna qayıdıb. ABŞ prezidenti həm çıxışlarında, həm də sosial mediada tez-tez improvizələr edir.

banner

Bundan əlavə, qəzet yazır ki, İranın ABŞ-a məxsus qırıcı təyyarəni vurmasından sonra Tramp bir neçə saat köməkçilərinin üzərinə qışqırıb.

ABŞ prezidenti həmçinin Avropanın “kömək etmədiyindən” şikayətlənib.

Eyni zamanda, o, ağır itkilər və ABŞ silahlı qüvvələrinin daha həssas vəziyyətə düşməsi riskindən ehtiyat edərək İranın Xarq adasını ələ keçirmək ideyasından imtina edib.

Əlaqəli Yazılar Xüsusi