Qara dənizdə, Bolqarıstanın iqtisadi zonasının ərazisində Somali bayrağı ilə hərəkət edən yük gəmisi qəzaya uğrayaraq batıb.
Army.az xəbər verir ki, bu barədə Bolqarıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Hadisədən əvvəl gəmidən yardım çağırışı daxil olub. Gəmidə 12 nəfərlik heyətin olduğu bildirilir.
Məlumata əsasən, yük gəmisi Rumıniyadan Misirə 3 ton buğda aparırmış.
Axtarış-xilasetmə tədbirlərinə Bolqarıstanın iki, eləcə də Rumıniya və Türkiyənin hərəyə bir gəmisi cəlb olunub. Hazırda heyət üzvlərinin taleyi və harada olduqları barədə rəsmi məlumat açıqlanmayıb.
