Ev DünyaABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-da təyyarə qəzası: ölənlər var

by Baş Redaktor
44 Baxış

ABŞ-ın Arizona ştatında, Qrand-Kanyon Milli Parkının yaxınlığında baş verən aviasiya qəzası üç nəfərin həyatına son qoyub.

Army.az xəbər verir ki, bu barədə Milli Parklar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qurumun açıqlamasına əsasən, noyabrın 16-da yerli vaxtla saat 10:15-də parkın şimal ərazisi yaxınlığında qəzaya uğramış təyyarənin qalıqları tapılıb.

Axtarış zamanı müəyyən edilib ki, hadisə nəticəsində təyyarədə olan üç nəfərin hamısı həlak olub. Qurum qəza yerində sağ qalan şəxsin olmadığını təsdiqləyib.

banner

Qeyd edək ki, göyərtəsində üç nəfərin olduğu təyyarənin itkin düşməsi ilə bağlı bundan əvvəl aidiyyəti qurumlara məlumat verilmişdi.

Əlaqəli Yazılar Xüsusi