Putin və Trampın Çində keçirəcəyi görüşdə Konstantinovka ilə bağlı humanitar məsələ də müzakirə oluna bilər.
Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfinin Konstantinovkada humanitar missiyanın həyata keçirilməsi ilə bağlı təklifi Vladimir Putin və Donald Tramp arasında baş tutacaq təmasların gündəliyinə daxil edilə bilər:
“Trampla ünsiyyət zamanı bu məsələnin gündəmə gətiriləcəyini istisna etmək olmaz”.
