Ev Dünya“Ümid edirəm, amma inanmıram” – Stubb Ukraynada sülh perspektivindən danışdı

“Ümid edirəm, amma inanmıram” – Stubb Ukraynada sülh perspektivindən danışdı

by Baş Redaktor
47 Baxış

Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna münaqişəsinin 2026-cı ilin sonuna qədər diplomatik yollarla başa çatdırılacağına şübhə ilə yanaşır.

Army.az xəbər verir ki, bu barədə o, Berlinə səfəri zamanı açıqlama verib. Məlumatı “Ilta-Sanomat” qəzeti yayıb.

“Ümid edirəm ki, bu baş verəcək, lakin bunun reallaşacağını düşünmürəm”, – deyə Finlandiya lideri bildirib.

Stubb Ukrayna üzrə sülh danışıqlarının təşkili üçün konkret təqvim və müzakirə gündəliyinin hazırlanmasının vacibliyini də vurğulayıb. Onun fikrincə, gündəlikdə təhlükəsizlik təminatları, ərazi məsələləri, atəşkəs və Avropanın təhlükəsizliyi kimi əsas mövzular yer almalıdır.

banner

Finlandiya Prezidenti daha əvvəl də bəyan etmişdi ki, Avropa İttifaqının və Ukraynanın nümayəndələri prosesdə iştirak etmədən münaqişənin həlli mümkün deyil. O, həmçinin Moskva ilə dialoqun yalnız güc mövqeyindən aparılmasının mümkünlüyünü qeyd etmişdi.

Əlaqəli Yazılar Xüsusi