Ermənistan qonşu ölkələrlə nəqliyyat və sərhəd infrastrukturunun inkişafı istiqamətində bir sıra layihələri müzakirə edir.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Türkiyə və İranla körpülərin inşası, eləcə də İranla daha böyük sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi gündəmdədir. Gürcüstanla isə mövcud nəqliyyat xətlərinin ötürücülük qabiliyyətinin artırılması müzakirə olunur.
Paşinyan bildirib ki, “Şimal-Cənub” layihəsinin icrası sürətlə davam edir və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsi mərhələsinə daxil olur.
Baş nazir əlavə edib ki, Azərbaycanla da iki ölkə arasındakı sərhədin açılması istiqamətində strateji planlaşdırma məsələləri müzakirə edilir.
