56
Ermənistanın Rusiyadakı diplomatik nümayəndəliyinə yeni rəhbər təyin edilib. Samvel Mkrtçyan Moskvada ölkəsinin fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərəcək.
Army.az xəbər verir ki, təyinatla bağlı müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Qeyd edək ki, bu vəzifədə bundan əvvəl Qurgen Arsenyan çalışıb. O, 2024-cü il avqustun 14-də Ermənistanın Rusiyadakı səfiri təyin edilmişdi.