Ev TexnologiyaYunanıstanın F-16 “Viper” donanması genişlənir – daha 19 təyyarə gözlənilir

Yunanıstanın F-16 “Viper” donanması genişlənir – daha 19 təyyarə gözlənilir

by Baş Redaktor
44 Baxış

Yunanıstan Hərbi Hava Qüvvələrinin arsenalına modernləşdirilmiş 63-cü F-16 “Viper” qırıcısı daxil edilib.

Army.az xəbər verir ki, bu barədə ölkənin “OnAlert” müdafiə nəşri məlumat yayıb.

Məlumata əsasən, Yunanıstan Aviasiya Sənayesinin (EAB) icra etdiyi modernləşdirmə layihəsi çərçivəsində ümumilikdə 82 ədəd F-16 Block 52+ və Block 52+ Advanced təyyarəsinin yenilənməsi nəzərdə tutulub.

Hazırda proqram üzrə 63 qırıcı təhvil verilib, daha 19 təyyarənin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır.

banner

Qırıcıların texniki yenilənməsi “Lockheed Martin” şirkətinin dəstəyi ilə EAB-nin Tanagra şəhərində yerləşən istehsalat müəssisəsində aparılır.

Növbəti mərhələdə Araxos aviabazasında dislokasiya olunan 116-cı Döyüş Qanadının tərkibindəki 335-ci “Tiger” və 336-cı “Olympos” eskadrilyalarının təyyarələrinin modernləşdirilməsinə diqqət yetirilir.

Əlaqəli Yazılar Xüsusi