Ev DünyaSadıkovun uğurlu çıxışlarının arxasında hansı təcrübə dayanır? – Putin

Sadıkovun uğurlu çıxışlarının arxasında hansı təcrübə dayanır? – Putin

by Baş Redaktor
40 Baxış

Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkovun auditoriya qarşısında sərbəst və təsirli danışıq qabiliyyətinin formalaşmasında tələbəlik illərindəki teatr fəaliyyəti mühüm rol oynayıb. O, Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı müddətdə İngilis teatrının fəal iştirakçılarından biri olub.

Army.az xəbər verir ki, bu barədə universitetin İngilis dili fakültəsinin dekanı Kseniya Qolubina “RİA Novosti”yə müsahibəsində danışıb.

Dekanın sözlərinə görə, teatr fəaliyyəti Sadıkovun yaradıcılıq potensialının üzə çıxmasına və geniş auditoriya qarşısında inamla çıxış etmək bacarığının inkişafına kömək edib.

Qeyd edək ki, Aleksey Sadıkov noyabrın 12-də Kremldə Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner arasında keçirilən görüşdə tərcüməçi kimi iştirak edib. Həmin görüşdə onun səlis nitqi və peşəkar çıxışı diqqət çəkib.

banner

Əlaqəli Yazılar Xüsusi