Ev DünyaVadeful: “Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır”

Vadeful: “Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır”

by Baş Redaktor
19 Baxış

Azərbaycan Avropa ölkələrinin, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı neft təchizatçılarından biridir.

Army.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful “Tagesschau” telekanalına müsahibəsində qeyd edib.

Nazirin fikrincə, Azərbaycanla əməkdaşlığın əhəmiyyəti yalnız iki ölkə arasındakı münasibətlərlə məhdudlaşmır. O, Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında strateji əlaqə rolunu oynadığını vurğulayıb. Bu region vasitəsilə Avropa ölkələri mühüm həcmdə xammal və digər zəruri resurslara çıxış əldə edə bilirlər.

Vadeful bildirib ki, Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmağa çalışdığı indiki şəraitdə Azərbaycanın etibarlı təchizatçı kimi mövqeyi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Bakı ilə enerji sahəsində tərəfdaşlığın qorunması və daha da genişləndirilməsi həm Almaniya iqtisadiyyatının, həm də əlverişli qiymətlə enerji əldə etmək istəyən istehlakçıların maraqlarına uyğundur.

banner

Əlaqəli Yazılar Xüsusi