Ev DünyaBombaların partladığı Hörmüzdə 15 kilometr üzdü – Məqsədi təəccübləndirdi

Bombaların partladığı Hörmüzdə 15 kilometr üzdü – Məqsədi təəccübləndirdi

by Baş Redaktor
30 Baxış

Britaniyalı üzgüçü Lyuis Pyu ABŞ və İran arasında davam edən müharibənin dəniz ekosisteminə vurduğu zərərə diqqət çəkmək üçün Hörmüz boğazında 9,3 mil (təxminən 15 kilometr) məsafəni üzərək qət edib.

Army.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.

Bildirilib ki, idmançı bu məsafəni üç gün ərzində tamamlayıb və ümumilikdə təxminən altı saat yarım suda qalıb.

Davam edən hərbi əməliyyatlar və partlayışlar səbəbindən Pyu təhlükəsizlik məqsədilə marşrutu bir neçə mərhələyə bölüb.

banner

O, üzməyə Omanın Müsəndəm yarımadası yaxınlığından başlayıb və Hörmüz burnunu dövrə vuraraq finişə çatıb. Üzgüçünün sözlərinə görə, hərəkətə başladıqdan qısa müddət sonra iki güclü partlayış səsi eşidib. O, həmçinin təxminən dörd kilometr məsafədə zədələnmiş neft tankerini müşahidə edib.

Pyu xəbərdarlıq edib ki, zədələnmiş tankerlərdən dənizə neft sızması sualtı canlılar, mərcan rifləri və regionun sahilyanı əraziləri üçün ciddi təhlükə yaradır. Onun fikrincə, ekosistemin əvvəlki vəziyyətinə qaytarılması onilliklər tələb edə bilər.

“Biz müharibəni dayandırmalı, boğazı açmalı və onu çirklənmədən təmizləməliyik”, – deyə britaniyalı üzgüçü vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi