20
“Amerika silahlı qüvvələri hələlik İran ətrafındakı mövqelərini tərk etməyəcək”.
Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“ABŞ-a məxsus hərbi gəmilər, hava qüvvələri və şəxsi heyət əlavə silah-sursatla birlikdə əldə olunan razılaşma tam şəkildə yerinə yetirilənə qədər bölgədə qalacaq. Əsas məqsəd tərəflərin razılaşmanın şərtlərinə riayət etməsini təmin etməkdir”, – deyə qeyd edib.