Dünyaİran qarşıdurması NATO-nu iki yerə “böldü”

İran qarşıdurması NATO-nu iki yerə “böldü”

by Baş Redaktor
51 Baxış

NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşdən sonra bildirib ki, alyansın bəzi üzv dövlətləri ABŞ-ın İranla qarşıdurma məsələsində yardım çağırışını yerinə yetirməyib.

Army.az xəbər verir ki, bu barədə o, CNN-ə açıqlamasında məlumat verib.

“Bəzi ölkələr yardım edib, amma Avropa ölkələrinin əksəriyyəti vəd etdikləri işi yerinə yetirməyib”, – deyə qeyd edib.

Baş katib əlavə edib ki, ABŞ prezidentinin məyusluğunu anlayır və Avropa ölkələrinin, digər məsələlərlə yanaşı, ABŞ-a logistika sahəsində yardım göstərdiyini də vurğulayıb.

You may also like