“Biz bunu dəfələrlə demişik: biz sadəcə atəşkəs yox, möhkəm və davamlı sülh istəyirik. Rusiya ilə Ukrayna arasında sülh bu gün də mümkündür, əgər Volodimir Zelenski məsuliyyəti üzərinə götürərək müvafiq qərar qəbul etsə”.
Army.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov konkret hansı qərardan söhbət getdiyini açıqlamayıb.
Qeyd edək ki, o, daha əvvəl Zelenskinin Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılması barədə əmr verməli olduğunu demişdi.
