Ev DünyaErmənistanın 20 illik gələcəyi: Paşinyan Aİ üzvlüyündən danışdı

Ermənistanın 20 illik gələcəyi: Paşinyan Aİ üzvlüyündən danışdı

by Baş Redaktor
71 Baxış

Ermənistanın növbəti iki onillik ərzində Avropa İttifaqına (Aİ) qoşulması mümkün ssenarilərdən biri kimi qiymətləndirilir.

Army.az-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Dublində keçirdiyi görüşdə səsləndirdiyi fikirlər zamanı danışıb.

20 ildən sonra Ermənistanı hansı mövqedə gördüyü ilə bağlı suala cavab verən hökumət başçısı ölkəsinin Avropa İttifaqının bir hissəsinə çevrilməsini arzuladığını bildirib.

Paşinyan, eyni zamanda, Ermənistanın xarici siyasətində tərəfdaşlar arasında seçim etmək və ya bir ölkə ilə münasibətləri inkişaf etdirmək üçün digəri ilə əlaqələri zəiflətmək niyyətində olmadığını vurğulayıb.

banner

Baş nazirin sözlərinə görə, İrəvan mövcud mövqeyini qorumaqla yanaşı, balanslaşdırılmış xarici siyasət xəttini davam etdirməkdə maraqlıdır. O qeyd edib ki, Ermənistan hər hansı tərəfdaşından uzaqlaşmaq məqsədi güdmür və münasibətlərdə tarazlığı saxlamağa çalışır.

Əlaqəli Yazılar Xüsusi