Ev Hərbi XəbərlərBolqarıstan Ukraynaya hərbi yardımı kəsir

Bolqarıstan Ukraynaya hərbi yardımı kəsir

by Baş Redaktor
57 Baxış

Bolqarıstan Ukraynaya ordunun hərbi ehtiyatlarından silah göndərilməsini dayandırmaq qərarına gəlib.

Army.az xəbər verir ki, Baş nazir Rumen Radev iyunun 10-da keçirilən hökumət iclasında ölkəsinin Ukraynaya indiyədək kifayət qədər hərbi yardım göstərdiyini bəyan edib.

Radev hesab edir ki, Ukrayna münaqişəsinin hərbi yolla həlli mümkün deyil və tərəflər diplomatik danışıqlara üstünlük verməlidir.

Bununla yanaşı, Bolqarıstan öz müdafiə sənayesinin kommersiya müqavilələri əsasında silah ixracına mane olmayacaq. Baş nazir ölkəsinin Ukraynaya elektrik enerjisi ilə təminat, enerji və dəmir yolu infrastrukturunun bərpası, eləcə də digər istiqamətlərdə dəstəyini davam etdirəcəyini vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi