28
İranla ABŞ və İsrail arasında gərginlik fonunda Hörmüz boğazı ətrafında təxminən 3,2 min gəminin təhlükəsiz keçid üçün növbədə olduğu bildirilir.
Army.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata əsasən, həmin gəmilərin təxminən 800-ü tanker və quru yük daşıyan gəmilərdir. Eyni zamanda, bölgədə təhlükəsiz keçid gözləyən dənizçilərin sayının 20 minə yaxın olduğu qeyd olunur.
