Ev Hərbi XəbərlərRusiya qüvvələri dronların uçuş profilini dəyişir – Lebedev

Rusiya qüvvələri dronların uçuş profilini dəyişir – Lebedev

by Baş Redaktor
51 Baxış

Rusiyanın Silahlı Qüvvələri Ukrayna ərazisində “Geran” tipli pilotsuz uçuş aparatları ilə hücum taktikasını dəyişib.

Army.az xəbər verir ki, bu barədə Nikolayev yeraltı şəbəkəsinin koordinatoru Sergey Lebedev Telegram kanalında məlumat verib

“Yeni yanaşma Sumı vilayətinin hava hücumundan müdafiə sistemlərini (HHM) yan keçməyə kömək edir. Ötən gecə Sumı vilayəti “Geran-2” PUA-ları ilə hücuma məruz qalıb. Ən azı üç dron Sumı şəhəri istiqamətində fəaliyyət göstərib, daha 3–4 aparat isə Şostka və ətraf əraziləri hədəfə alıb. Əsas məsələ say deyil, istifadə olunan taktikadır.

Əsasən, pilotsuz aparatlar şəhərə yaxınlaşarkən əvvəlcə hündürlük qazanır, daha sonra isə tədricən alçalaraq dairəvi manevrlər edir. Marşrutun son hissəsində isə dronlar mühərriki söndürərək səssiz şəkildə hədəfə doğru süzür”, – deyə qeyd edib.

banner

Əlaqəli Yazılar Xüsusi