“Ukrayna pilotsuz uçuş aparatlarının istehsalı məsələsində tam şəkildə digər ölkələrdən asılıdır”.
Army.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri və danışıqlar prosesinin əsas iştirakçısı Kirill Budanov deyib.
O qeyd edib ki, bütün “super müdafiə texnologiyaları”, o cümlədən dronlarla bağlı sistemlər əsasən Ukraynaya məxsus deyil.
“Hətta hissələrin çoxunun hazırlandığı 3D printer də bizim deyil. Oradakı proqram təminatı da bizim deyil. Biz sadəcə istifadəçiyik, bundan artığı yox,” — deyə o bildirib.
