Ev DünyaVens Şahbaz Şəriflə görüşdü

Vens Şahbaz Şəriflə görüşdü

by Baş Redaktor
32 Baxış

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb.

Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib. Pakistan hökumətinin başçısı bildirib ki, bu danışıqlar regionda davamlı sülhə doğru addım ola bilər.

ABŞ vitse-prezidenti ABŞ–İran qarşıdurmasının nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Pakistanın paytaxtına gəlib.

banner

Bundan əvvəl Vaşinqtonun Qətər və bəzi digər ölkələrin banklarında saxlanılan İran aktivlərinin dondurulmasının aradan qaldırılmasına razılıq verdiyi bildirilmişdi. Tehranda bu addım müsbət qiymətləndirilib.

Əlaqəli Yazılar Xüsusi