Türkiyədə prokurorlar İsrailin Baş naziri Benyamin Netanyahu barədə qiyabi həbs qərarı çıxarılmış şəxs kimi ona soyqırım və digər cinayətlər ittihamı ilə ömürlük həbs cəzası tələb ediblər.
Army.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
“İttiham tərəfi İstanbulun 10-cu məhkəməsinə 35 təqsirləndirilən şəxs üçün ömürlük həbs cəzası və 1102 ildən 4596 ilə qədər dəyişən həbs müddətləri tələb edən ittiham aktı təqdim edib. Siyahıda Netanyahu ilə yanaşı İsrailin müdafiə naziri İsrael Katz, onun sələfi Yoav Qallant, irs naziri Amixay Eliyahu, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və İsrail Hərbi Dəniz Qüvvələrinin rəhbəri David Saar Salama da yer alır”, – deyə qeyd edilib.