“Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanun qəbul etsə də, bu addım Brüssellə “təzyiq vasitəsi” kimi istifadə olunmamalıdır”.
Army.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, məqsəd siyasi təzyiq deyil, Avropa standartlarına uyğun dövlət qurmaqdır.
Onun fikrincə, Ermənistan həmin səviyyəyə çatdıqda Aİ-yə üzvlük məsələsi artıq siyasi qərar olacaq: ya qəbul ediləcək, ya da edilməyəcək. Hər iki halda Ermənistan qazanan tərəf olacaq, çünki müasir standartlara uyğun bir dövlətə çevrilmiş olacaq.
