Ev Hərbi XəbərlərNATO ölkələrindən rekord paket: HHM və dronlara milyonlar ayrıldı

NATO ölkələrindən rekord paket: HHM və dronlara milyonlar ayrıldı

by Baş Redaktor
19 Baxış

Ukrayna 15 aprel tarixində keçirilən “Ramştayn” formatlı iclasın nəticələrinə əsasən bir sıra ölkələrdən 5,5 milyard dollardan çox hərbi yardım alacaq.

Army.az xəbər verir ki, barədə Ukraynanın Baş nazirin birinci müavini Mixail Fedorov məlumat verib.

Bildirilir ki, vəsaitin böyük hissəsi hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinə yönəldiləcək, 1,5 milyard dollardan çox hissə isə dronların alınmasına sərf olunacaq. Beş ölkə ABŞ istehsalı silahların Ukraynaya çatdırılmasını təmin edən PURL proqramına yeni töhfələr verib.

Ən böyük paket Almaniyadan gəlib — 4 milyard dollar HHM sistemləri üçün və əlavə 600 milyon dollar Ukraynanın “deep strike” və “mid strike” imkanlarının inkişafına ayrılıb.

banner

Böyük Britaniya tarixində ən böyük dron tədarükünü elan edib — ilin sonuna qədər 120 min ədəd dron.

Norveç 560 milyon dollar Ukrayna briqadalarının dronlarla təminatına, əlavə 150 milyon dollar isə logistikanın gücləndirilməsinə ayıracaq. Niderland 248 milyon avro, İspaniya isə 215 milyon avro və Patriot sistemləri üçün raketlər təqdim edəcək.

Kanada 15 milyon dollar NSATU fonduna, 42 milyon dollar Çexiya təşəbbüsü ilə sursat alımına və 17 milyon dollar mühəndislik avadanlığına yönəldəcək.

Belçika 75 milyon avro Çexiya təşəbbüsünə, 75 milyon avro Almaniyanın HHM proqramına və 85 milyon avro dron koalisiyasına ayıracaq. Litva 39 milyon dollar Çexiya təşəbbüsünə, əlavə 29 milyon dollar isə PURL, zirehli texnika və reabilitasiya proqramlarına verəcək. Estoniya isə HHM sistemlərinin gücləndirilməsi üçün 13 milyon dollar ayıracaq.

NATO baş katibi Mark Rutte isə bildirib ki, alyans ölkələri 2026-cı il ərzində Ukraynaya 60 milyard dollar həcmində hərbi dəstək göstərəcək.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment