ABŞ Avropadakı müttəfiqlərinə daha əvvəl bağlanmış silah müqavilələrinin icrasında gecikmələrin yaranacağını bildirib.
Army.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, bunun əsas səbəbi İranla müharibə fonunda ABŞ-ın silah ehtiyatlarının azalmasıdır:
“Bu vəziyyət Baltik regionu və Skandinaviya ölkələrinin bir qismini əhatə edə bilər. Həmin dövlətlərin bəziləri Rusiya ilə sərhəd paylaşır. Gecikən silahların bir hissəsi hökumətlərarası birbaşa satış proqramı olanXarici Hərbi Satışlar (FMS) çərçivəsində sifariş edilib.
ABŞ rəsmiləri son günlərdə bu gecikmələrlə bağlı Avropadakı həmkarlarını məlumatlandırıblar. Bu qərar isə Avropa ölkələrində narahatlıq doğurur, çünki Vaşinqton uzun müddət NATO müttəfiqlərini məhz Amerika silahları almağa təşviq edirdi.
Bəzi Avropa rəsmiləri bildirirlər ki, tədarükdəki gecikmələr xüsusilə Rusiyadan gələn təhlükələrin artdığı bir dövrdə onların təhlükəsizlik vəziyyətini çətinləşdirir.
Bu fonda bir sıra ölkələr artıq alternativ kimi yalnız Avropa istehsalı olan silahlara üstünlük verməyi daha ciddi şəkildə nəzərdən keçirir. Çünki sifariş olunmuş silahların vaxtında çatdırılmaması onları çətin vəziyyətə salır.
ABŞ tərəfi isə gecikmələri Yaxın Şərqdəki hərbi əməliyyatların prioritetliyi ilə izah edir və Avropa ölkələrini Hörmüz boğazı bölgəsində daha fəal mövqe tutmamaqda ittiham edir”.
