Ev Hərbi XəbərlərMüdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

by admin
31 Baxış

Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmətə sənəd qəbulu elan edir. Bu, hərbi karyerasını Hava Hücumundan Müdafiə sahəsində qurmaq istəyən şəxslər üçün mühüm fürsətdir.

Sənəd qəbulu üçün son tarix və ünvanlar

Sənəd qəbulu 15 may tarixinədək (bayram və qeyri-iş günləri daxil) aşağıdakı üsullarla həyata keçirilir:

  • Elektron qaydada – mmu.edu.az saytı vasitəsilə
  • Ərazi üzrə (şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 09:00-17:00):
  • Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a)
  • Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi (Naxçıvan şəhəri, “Naxçıvan-1” hərbi şəhərciyi)

Qeyd: Namizədlərin yuxarıdakı üsullardan hər hansı biri vasitəsilə sənədlərini təqdim etmələri yetərli hesab olunur.

Kimlər müraciət edə bilər?

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na qəbul üçün aşağıdakı şərtlər tələb olunur:

  • Ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək kişi cinsli hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla)
  • Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” (xidmət müddəti başa çatdığına görə) və “q” (ştat ixtisarına görə) bəndlərinə əsasən ehtiyata buraxılmış) 40 yaşınadək kişi cinsli hərbi vəzifəlilər

Elektron müraciət necə edilir?

Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

banner

Seçim mərhələləri

  1. Tibbi müayinə – Kursa qəbul üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir.
  2. Müsabiqə mərhələsi – Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər bu mərhələyə buraxılırlar. Burada namizədlərin:
  • fərdi-psixoloji və fiziki hazırlığı,
  • ümumi bilik səviyyəsi,
  • hərbi uçot və mülki ixtisası (olduğu halda),
  • peşə səriştəsi nəzərə alınmaqla ixtisas seçimi imkanı yaradılaraq kursa qəbul edilirlər.

Xidmət yerləri

Kursu müvəffəqiyyətlə başa vuranlar aşağıdakı şəhər və rayonlarda xidmət edə bilərlər:

  • Bakı şəhəri
  • Sumqayıt şəhəri
  • Gəncə şəhəri
  • Naxçıvan MR
  • Mingəçevir şəhəri
  • Kürdəmir rayonu

Tələb olunan sənədlər

Namizədlər aşağıdakı sənədləri hazırlamalıdırlar:

  • kursa qəbul olunmaq barədə ərizə
  • anket forması
  • tərcümeyi-hal (1 nüsxədə)
  • təhsil haqqında sənədin surəti (1 nüsxədə)
  • doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə)
  • yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə)
  • əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.)
  • şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə)
  • sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə)
  • nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə)
  • həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə)
  • rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm)
  • hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə)
  • psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar

Vacib: Namizədlər ərizə və anket formasını, həmçinin tərcümeyi-hal nümunəsini Milli Müdafiə Universitetinin rəsmi saytının (mmu.edu.az) “Təhsil müəssisələrinə qəbul” bölməsindən “Çavuş hazırlığı” seçimini etdikdən sonra “Sənədlər” bölməsinə daxil olaraq əldə edə bilərlər.

İmtiyazlar və təminatlar

Kurs müddətində:

  • Əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) həmçinin aylıq pul təminatı.

Xidmət müddətində:

  • kiçik çavuş, çavuş, baş çavuş rütbəsinin verilməsi
  • xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi
  • il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı
  • ailə üzvləri üçün güzəştli tibbi təminat
  • güzəştli ipoteka krediti
  • Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması
  • karyerada inkişaf

Xüsusi xəbərdarlıq

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Əlaqə məlumatları

  • Telefon: (012) 404-18-45
  • Telefon (Naxçıvan): (036) 545-00-11
  • Çağrı mərkəzi: *0811
  • E-poçt: [email protected]
  • Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065

Əlaqəli Yazılar Xüsusi