Ev DünyaTramp qalmaqalının “qurbanı”: Karlsonun oğlu komandadan ayrıldı

Tramp qalmaqalının “qurbanı”: Karlsonun oğlu komandadan ayrıldı

by Baş Redaktor
53 Baxış

Tanınmış amerikalı jurnalist və teleaparıcı Taker Karlsonun oğlu Bukley Karlson İran müharibəsi ilə bağlı atasının Donald Tramp ilə yaşadığı gərginlikdən sonra Cey Di Vens komandasında işini tərk edib.

Army.az xəbər verir ki, bu barədə “The İndependent” nəşri məlumat yayıb.

Bukley Karlson daha əvvəl vitse-prezidentin mətbuat katibinin müavini vəzifəsində çalışırdı. O, vəzifədən ayrılaraq siyasi konsaltinq şirkəti yaratmağı planlaşdırır.

Taker Karlson ABŞ-ın Yaxın Şərq müharibəsinə cəlb olunmasına qarşı çıxan Tramp tərəfdarlarından biri olub. Bu gərginlik zamanı Tramp onu sosial şəbəkələrdə “dəlisov” adlandırmışdı.

banner

Əlaqəli Yazılar Xüsusi