Ev Hərbi Xəbərlər“İzvestiya”: Ukrayna silahı köhnə sovet bazası üzərində qurulub

“İzvestiya”: Ukrayna silahı köhnə sovet bazası üzərində qurulub

by Baş Redaktor
10 Baxış

Ukraynada keçirilən silah sərgisində nümayiş etdirilən “Kolibri” portativ zenit-raket kompleksi sovet texnologiyaları əsasında hazırlanıb.

Army.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Hərbi ekspert Dmitri Kornev bildirib ki, Ukraynanın “Arsenal” konstruktor bürosu və “Proqress” istehsal birliyi onilliklər ərzində hərtərəfli tuşlama sistemləri üzrə işlənmiş texnologiyalara sahib olub.

Onun sözlərinə görə, hələ 1960-cı illərdə Ukraynada R-60 sinifli “hava-hava” raketləri üçün infraqırmızı tuşlama başlıqları hazırlanırdı, daha sonra isə R-73 raketləri üçün hərtərəfli tuşlama sistemlərinin istehsalı həyata keçirilmişdi.

banner

Ekspert qeyd edib ki, müasir Ukrayna mühəndisləri həmin sınaqdan çıxmış həlləri uyğunlaşdırma yolunu seçiblər. Onun sözlərinə görə, köhnə elektron baza yeni mühərriklərə inteqrasiya olunur və kompozit materiallardan hazırlanmış korpuslara yerləşdirilir.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment