Rusiyanın T-90S tankının Malayziya cəngəlliklərində keçirilən sınaq yürüşləri video görüntülərdə nümayiş etdirilib.
Army.az xəbər verir ki, bu nadir kadrları “Uralvaqonzavod” Telegram kanalında yayımlayıb.
Qeyd olunur ki, həmin görüntülər ixrac üçün nəzərdə tutulmuş texnika üzərində işləyən mühəndis-sınaqçılardan birinə məxsus videokasetdə aşkar edilib.
Məlumata görə, sınaqlar 2000-ci ilin yayında aparılıb: hava temperaturu +40 dərəcə olub, rütubət yüksək səviyyəyə çatıb, palçıq isə tankın qülləsinə qədər qalxıb.
Bildirilib ki, T-90S tropik cəngəlliklər, bataqlıqlar və çətin keçilən ərazilərdə hərəkət edərək tanklar üçün uyğun olmayan şəraitdə belə sınaqdan uğurla keçib.
